Ucnoqta.az
www.ucnoqta.az

Bakının bu ərazisində içməli su məhdudiyyətlə veriləcək

17:39 - 10 İyun 2016 tarixində dərc olunub.

İyunun 13-də Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu məhdudiyyət yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Müəllif: Ucnoqta.az