Ucnoqta.az
www.ucnoqta.az

Kreml: <font color=red><b>"Dağlıq Qarabağ üzrə üçtərəfli sammitə hazırlıq gedir"</b></font>

15:54 - 10 İyun 2016 tarixində dərc olunub.

Kreml Dağlıq Qarabağda vəziyyətin nizamlanması ilə əlaqədar üçtərəfli sammitə hazırlığın aparılmasını təsdiq edib. "Report" TASS-a istinadən xəbər verir ki,  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, sammit Sankt-Peterburq şəhərində keçirilə bilər.
"Bu istiqamətdə iş aparılır. Biz bu növ görüşlərin baş tutacağını istisna etmirik. Bu, tam təsdiqləndikdə, biz həmişə olduğu kimi, məlumat verəcəyik", - Kremlin nümayəndəsi bəyan edib. 

Müəllif: Ucnoqta.az