Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda intihar etmək istəyən şəxs xilas edildi

15:27 - 7 İyun 2016 tarixində dərc olunub.

Sumqayıtda bir nəfər intihara cəhd edib. FHN-in saytında verilmiş məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Sumqayıt şəhərində 1 nəfərin intihar etmək məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Müəllif: Ucnoqta.az