Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tələbə yataqxanasında <font color=red><b>QANLI HADİSƏ</b></font>

12:10 - 6 İyun 2016 tarixində dərc olunub.

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında yerləşən Tibb Texnikumunun yataqxanasında Cəbrayıl rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndərov Elvin Məhəmməd oğlu bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alan 26 yaşlı E.İsgəndərov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az