Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında yanğın olub

10:14 - 5 İyun 2016 tarixində dərc olunub.

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, binanın 6-cı mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az