Ucnoqta.az
www.ucnoqta.az

Xalq artistinə ağır itki üz verib

14:00 - 31 May 2016 tarixində dərc olunub.

 Azərbaycanın xalq artisti Valeh Kərimova ağır itki üz verib. "Report"un xəbərinə görə, aktyorun həyat yoldaşı Zöhrə Kərimova bədbəxt hadisə nəticəsində vəfat edib.
V.Kərimov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, Z.Kərimova mayın 30-da səhər saatlarında küçədə yıxılıb və başı daşa dəyib. Bundan sonra o, dünyasını dəyişib.

Müəllif: Ucnoqta.az