Ucnoqta.az
www.ucnoqta.az

İşlədiyi mağazadan 10 min manat oğurlayan şəxs saxlanılıb

18:40 - 17 İyun 2026 tarixində dərc olunub.

Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən *10 min manat* pul vəsaiti oğurlanıb. 

Ucnoqta.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N.Qasımov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası