Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda "Qartal Tərəfdaş 2026" təlimləri başlayıb

16:59 - 17 İyun 2026 tarixində dərc olunub.

Ermənistan, Yunanıstan, ABŞ və Fransadan olan kontingentlərin iştirak etdiyi "Qartal Tərəfdaş 2026" hərbi təlimlərinin rəsmi açılışı Ermənistandakı Zar Təlim Mərkəzində baş tutub.

Ucnoqta.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Təlimlər iyunun 25-dək davam edəcək.

Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrika Ordusunun, Kanzas Milli Qvardiyasının və Fransa və Yunanıstan silahlı qüvvələrinin hərbçiləri iştirak edir.

Qeyd olunur ki, təlimlərin əsas məqsədləri sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyətini artırmaq; komandanlıq və nəzarət, taktiki rabitə sahəsində ən yaxşı təcrübələri mübadilə etmək; və Ermənistan Respublikasının sülhməramlı bölməsinin döyüş hazırlığını gücləndirməkdir.

Müəllif: Ucnoqta.az redaksiyası