Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşib

16:25 - 17 İyun 2026 tarixində dərc olunub.

UEFA Konfrans Liqasında 2026/27 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb.

Ucnoqta.az xəbər verir ki, "Qarabağ"ın potensial rəqibləri də müəyyənləşib. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) cütündə məğlub olan komanda növbəti raundda “Qlentoran”  (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk matçları iyulun 23-də, cavab görüşləri 30-da keçiriləcək. “Qarabağ” – “Vestri” cütünün uğursuzu UEFA Konfrans Liqasına səfərdə başlayacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq.

“Qarabağ” “Vestri”yə qarşı ilk görüşü evdə keçirəcək.

Müəllif: Ucnoqta.az redaksiyası