Ucnoqta.az
www.ucnoqta.az

İyun ayının pensiyaları tam ödənildi

10:24 - 19 İyun 2026 tarixində dərc olunub.

Respublika üzrə iyun ayı üçün nəzərdə tutulan pensiya ödənişlərinin verilməsi başa çatıb.

Məlumata görə, pensiyalar bu gün vətəndaşların hesablarına köçürülərək ödəniş prosesi tam yekunlaşdırılıb.

Beləliklə, ölkə üzrə bütün pensiyaçıların iyun ayı üzrə ödənişləri təmin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası