Ucnoqta.az
www.ucnoqta.az

Ukraynanın Su-24 təyyarəsi qəzaya uğrayıb

22:29 - 16 İyun 2026 tarixində dərc olunub.

Ukraynanın Xmelnitski bölgəsində Su-24M cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb, pilot və şturman həlak olub.

Ucnoqta.az bildirir ki, Ukrayna Hərbi Hava Qüvvələri bu barədə Telegram kanalında məlumat verib.

"16 iyun 2026-cı il tarixində saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin 7-ci Petro Franko Taktiki Aviasiya Briqadasının Su-24M cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb. Su-24M heyəti - pilot və şturman - Xmelnitski bölgəsində tapşırıqlar yerinə yetirirdilər. Təəssüf ki, hər iki pilot həlak olub", - deyə açıqlamada bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası