Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə körpə xəstəxanaya aparılarkən yolda öldü

12:01 - 16 İyun 2026 tarixində dərc olunub.

Şəmkir rayonunda körpənin ölümü qeydə alınıb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Dəllər qəsəbə sakini, 2025-ci il təvəllüdlü M.Ə.-nin 5 gün ərzində yüksək hərarətdən əziyyət çəkdiyi bildirilir.

Məlumata görə, körpə xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası