FİFA Çexiya millisi ilə Cənubi Afrika yığması arasında qrup mərhələsi matçına amerikalı Tori Pensonu hakim təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti sosial mediada məlumat yayıb.
A qrupunun ikinci tur matçı 18 iyun tarixində saat 18:00-da keçiriləcək. Ona həmvətənləri Bruk Mayo və Ketrin Nesbit kömək edəcəklər.
Penso Dünya Kuboku matçını idarə edən ikinci qadın hakim olacaq. Birincisi, 2022-ci ildə Qətərdə keçirilən turnirdə Kosta Rika ilə Almaniya arasında oyunu idarə edən fransız qadın Stefani Frappart olub.