Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın milli dəyərlərinə qarşı təhdidlər - VİDEO

14:39 - 15 İyun 2026 tarixində dərc olunub.

"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan əleyhinə hibrid təhdidlərə qarşı əhalinin ayıqlığının artırılması" layihəsi çərçivəsində internet televiziyasında növbəti verilişini təqdim edir.

“PrimeTV Azərbaycan” internet televiziyasında yayımlanan verilişin aparıcısı, jurnalist Rusif Məmmədsoyun qonaqları politoloq Şəhla Cəlilzadə və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Zaur Əliyevdir.

Onlar çıxışlarında Azərbaycan əleyhinə həyata keçirilən hibrid təhdidlərin müxtəlif aspektlərinə aydınlıq gətirib, eyni zamanda təhdidlərin məqsədi, nəticələri və bu prosesdə maraqlı olan qüvvələr haqda geniş məlumat veriblər.

Verilişdə səsləndirilən fikirlərlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.

Müəllif: Ucnoqta.az redaksiyası