Ucnoqta.az
www.ucnoqta.az

Məşhur media şirkəti yüzlərlə işçini ixtisar edəcək

13:53 - 15 İyun 2026 tarixində dərc olunub.

Britaniyalı yayımçı BBC xərcləri azaltmaq üçün xəbər bölməsində yüzlərlə iş yerini ixtisar etməyi planlaşdırır.

Ucnoqta.az xəbər evrir ki, bu barədə Financial Times (FT) xəbər yayıb.

Qəzetin məlumatına görə, yayımçı daxilindəki müxtəlif şöbələrə xərcləri 10% azaltmaq tapşırılıb ki, bu da nəticədə təxminən 2000 nəfərin işdən çıxarılmasına və milyonlarla funt sterlinqə qənaət etməyə səbəb ola bilər.

Qəzetin məlumatına görə, BBC-nin 20 mindən çox işçisinin dörddə birini işlə təmin edən xəbər bölməsi ixtisar planlarını gələn həftənin əvvəlində elan etmək niyyətindədir.

Qəzetin mənbələrindən biri qeyd edib ki, ixtisarlar, xüsusən də müəyyən radio stansiyalarındakı işçilərə təsir göstərə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası