Ucnoqta.az
www.ucnoqta.az

Avropa Komissiyası ABŞ-İran razılaşmasını alqışlayır

10:48 - 15 İyun 2026 tarixində dərc olunub.

Avropa Komissiyası ABŞ-İran razılaşmasını alqışlayır və onun Hörmüz boğazının dərhal açılmasını, oradan keçid üçün rüsumların ləğv edilməsini və İranın nüvə və raket proqramlarına son qoyulmasını gözləyir.

Ucnoqta.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bunu Aİ-yə ünvanladığı məktubda yazıb.

 "Bir neçə tərəfdaş ölkənin intensiv diplomatik səyləri əsasında ABŞ və İran arasında bağlanmış razılaşmanı alqışlayıram. Saziş Hörmüz boğazının dərhal açılmasına imkan verməlidir. Gəmiçilik azadlığı rüsumsuz bərpa olunmalıdır" - AK rəhbəri qeyd edib.

Fon der Lyayen bildirib ki, "Bu, həmçinin İranın raket və nüvə proqramlarına son qoymalıdır."

O, həmçinin bütün Aİ ölkələrini gələcəkdə enerjidən silah kimi istifadənin qarşısını almaq üçün yeni nəqliyyat dəhlizləri yaratmağa çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası