Ucnoqta.az
www.ucnoqta.az

Oman sahillərində Hindistan gəmisi batıb

17:50 - 14 İyun 2026 tarixində dərc olunub.

14 Hindistan vətəndaşını daşıyan Hindistan motorlu yelkənli gəmisi (MSV) Virat 1 mexaniki nasazlıq səbəbindən Oman sahillərində batıb.

Ucnoqta.az xəbər verir ki, Hindistan hökumətindəki mənbə jurnalistlərə bildirib.

Məskatdakı Hindistan səfirliyinin məlumatına görə, hadisə yerində xilasetmə əməliyyatı aparılır. On bir dənizçi xilas edilib. Qalan hindlilərin axtarışı davam edir.

Bu, son iki həftə ərzində bölgədə Hindistan gəmiləri ilə bağlı baş verən ilk hadisə deyil.

Müəllif: Ucnoqta.az redaksiyası