Ucnoqta.az
www.ucnoqta.az

Bu gün ABŞ və İran arasında razılaşma imzalanacaq? - Vasitəçilər Tehrana gəldi

11:43 - 14 İyun 2026 tarixində dərc olunub.

Qətərli danışıqçılar ABŞ və İran arasındakı razılaşmanı yekunlaşdırmaq üçün Tehrana səfər ediblər.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, diplomatlar bu səhər İran paytaxtına gəliblər.

Agentlik yazır ki, üç aydan çox davam edən münaqişəyə son qoymaq üçün razılaşmanın iyunun 14-də imzalanması gözlənilir. 

Müəllif: Ucnoqta.az redaksiyası