Ucnoqta.az
www.ucnoqta.az

BAEA ABŞ-İran arsında vasitəçi kimi çıxış etməyə hazırdır - Qrossi

08:01 - 14 İyun 2026 tarixində dərc olunub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi rəhbərlik etdiyi təşkilatın ABŞ və İran arasında potensial nüvə enerjisi müqavilələrinə uyğunluğun yoxlanılmasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

Ucnoqta.az bildirir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat verib.

Qrossi Vyanada jurnalistlər üçün AEBA tərəfindən təşkil edilən seminarda beynəlxalq media nümayəndələri ilə görüşdə bildirib ki, "Agentlikdə ən vacib şey yoxlamadır və bizim iştirakımız yerinə yetirilməli olan çox vacib bir rəsmilikdir".
"Onlar razılığa gəldikdə və yoxlamanı bizdən öz üzərimizə götürməyimizi istədikdə, mən müraciət edib onlardan icazə istəməli olacağam" - Qrossi qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası