Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın tanınmış dövlət xadimi vəfat edib

00:25 - 14 İyun 2026 tarixində dərc olunub.

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət və ədəbi yaradıcılıq sahələrində çalışıb.

O, müxtəlif dövrlərdə yüksək dövlət vəzifələrində fəaliyyət göstərib, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.

Müəllif: Ucnoqta.az redaksiyası