Ucnoqta.az
www.ucnoqta.az

İran nüvə silahı əldə etmək planlarından imtina edəcək - Tramp

21:22 - 13 İyun 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ilə razılaşmadan sonra İran nüvə silahı əldə etmək planlarından imtina edəcək və onu əldə etməyə və ya inkişaf etdirməyə çalışmayacaq.

Ucnoqta.az xəbər evrir ki, o, "Truth Social"da yazıb: "Reallıq budur ki, onlar artıq nüvə silahı istəmirlər və istər alış, istər inkişaf, istərsə də hər hansı digər yolla əldə etməyəcəklər".

Tramp həmçinin bir daha Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) tənqid edərək, mövcud razılaşmanın "İranın yolunda bir divar" olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası