Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub

17:45 - 12 İyun 2026 tarixində dərc olunub.

Kürdəmirdə bir nəfər kanalda batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının Kürdəmir rayonu, Ərəb Qubalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası