Ucnoqta.az
www.ucnoqta.az

Masallıda 69 yaşlı qadın baltalanıb

13:22 - 12 İyun 2026 tarixində dərc olunub.

Masallı rayonunda 69 yaşlı yaşlı qadın balta ilə öldürülüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Elmira Əmənovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin ehtimala əsasən, hadisə qarət məqsədi ilə törədilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası