Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin onu xaric etmək qərarını nəzərə alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"KTMT haqqında şərh verə bilmərəm. Bilirəm ki, Ermənistanı KTMT-dən xaric etmək üçün bir mexanizm var və bu mexanizm qüvvədədir. Üzv ölkələr Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə almağa məcbur olacağıq - başqa edə biləcəyimiz bir şey yoxdur", - deyə o bildirib.