Ucnoqta.az
www.ucnoqta.az

Pensiyaçılara şad xəbər: İyunun 12-də ...

11:51 - 11 İyun 2026 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 12-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Ucnoqta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, müavinətlərin bu ayın 24-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası