Ucnoqta.az
www.ucnoqta.az

Quterreş ABŞ və İrana çağırış etdi: Atəşi dayandırın

11:36 - 11 İyun 2026 tarixində dərc olunub.

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında tam atəşkəs elan edilməsinə və İran ordusunun əvvəllər tamamilə bağlandığını elan etdiyi Hörmüz boğazında naviqasiyanın bərpa edilməsinə çağırıb.

Ucnoqta.az xəbər verir ki, o, X-də yazıb.

 "Hörmüz boğazında və ətrafında naviqasiya hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlər dünyada çətinliklərə və qeyri-sabitliyə səbəb olur. Dünyanın tam atəşkəsə və beynəlxalq hüquqa uyğun olaraq naviqasiya hüquq və azadlıqlarının bərpasına ehtiyacı var" - Baş katib qeyd edib.

Baş katib əlavə edib ki, ən yaxşı ssenaridə belə, boğazın bağlanmasının nəticələri bir neçə ay ərzində hiss olunacaq və inkişaf etməkdə olan ölkələr ən çox əziyyət çəkəcək.

Müəllif: Ucnoqta.az redaksiyası