Ucnoqta.az
www.ucnoqta.az

Məşhur reperə daha bir ittiham - yetkinlik yaşına çatmayan aktyora ...

10:11 - 11 İyun 2026 tarixində dərc olunub.

Artıq  insan alverində məhkum edilmiş amerikalı reper P. Diddi (əsl adı Şon Kombs) əleyhinə yetkinlik yaşına çatmayan aktyora qarşı cinsi təcavüz ittihamları irəli sürülüb.

Ucnoqta.az bildirir ki, CNN bu barədə məlumat verib.

CNN adı açıqlanmayan şəxs tərəfindən Los-Anceles Rayon Prokurorluğuna müvafiq şikayət daxil olduğunu bildirir.

Məlumdur ki, ittihamçı hələ uşaq ikən 2007-ci ildə Hollivud tədbirində cinsi təcavüzə məruz qalıb. Xüsusilə, reperin uşağa hücum etməzdən əvvəl yetkinlik yaşına çatmayan şəxsə spirtli içki təklif etdiyi iddia edilir.

İyunun əvvəlində Los-Anceles Rayon Prokurorluğunun P. Diddiyə qarşı yeni cinsi təcavüz iddialarını araşdırdığı da bildirilib. İttihamlar publisist və musiqi prodüseri Conatan Hey tərəfindən irəli sürülüb.

2025-ci ilin oktyabr ayında Nyu-York məhkəməsi reperi fahişəlik üçün insan alverində günahlandıraraq dörd ildən çox həbs cəzasına məhkum edib.

Müəllif: Ucnoqta.az redaksiyası