Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və İran gərginliyə baxmayaraq danışıqları davam etdirir

17:14 - 10 İyun 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Trampın İslam Respublikasına hücumları gücləndirməklə bağlı təhdidlərinə baxmayaraq, ABŞ və İran arasında sülh danışıqları çərşənbə günü davam edib.

Ucnoqta.az xəbər verir ki, Fox News bu barədə ABŞ administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

"Danışıqlar hələ də davam edir", - deyə kanal məmurun sözlərini sitat gətirərək bildirib və əlavə edib ki, Vaşinqton Tehranla "razılığa gəlmək üçün maksimum təzyiq göstərməyə davam edəcək".

Müəllif: Ucnoqta.az redaksiyası