Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazilərdə qaz kəsiləcək

17:43 - 10 İyun 2026 tarixində dərc olunub.

Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb

Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası