İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubundakı üç şəhərə hücum edərək ən azı 14 nəfərin ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu rəqəmlər TASS-ın əldə etdiyi Fövqəladə Hallar Qərargahının hesabatında göstərilib.
Qərargahın məlumatına görə, Səidə şəhərində İsrail pilotsuz təyyarəsi şiə Hizbullah milisinə məxsus bir avtomobilə raket atıb. İki sərnişin aldıqları yaralardan dərhal ölüb.
Günortadan sonra Buzuria və Kfar Dunia kəndləri bombalanıb və orada da ölən və yaralananlar olub, onların sayı dəqiqləşdirilir.