Ucnoqta.az
www.ucnoqta.az

5 ay ərzində 8 mindən çox şəxsə əlillik təyin olunub

11:23 - 10 İyun 2026 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 19,4 min şəxsə əlillik təyin edilib.

Bu barədə Ucnoqta.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 8,6 min şəxsə ilkin, 10,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Müəllif: Ucnoqta.az redaksiyası