Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Tbilisi qatarına əlavə vaqonlar qoşulacaq

11:09 - 10 İyun 2026 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.

ADY-dən verilən məlumata görə, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası