Ucnoqta.az
www.ucnoqta.az

Yəmən sahillərində yük gəmisinə atəş açılıb

11:06 - 10 İyun 2026 tarixində dərc olunub.

Yəmən sahillərində silahlı şəxslər tərəfindən yük gəmisinə hücum edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) tərəfindən verilən bildirişdə bildirilib.

Qeyd olunur ki, UKMTO Yəmənin Bəlhəf şəhərindən 88 dəniz mili şimal-qərbdə baş verən hadisə barədə məlumat alıb. Altı silahlı şəxsi daşıyan qayıq yük gəmisinə yaxınlaşıb.

Bildirilir ki, naməlum şəxslərlə gəminin mühafizəçiləri arasında atışma baş verib və bundan sonra qayıq geri dönüb. 

Əlavə təfərrüat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası