Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstan-Macarıstan matçında insident - Kamera 20 metrdən yerə çırpıldı

07:46 - 10 İyun 2026 tarixində dərc olunub.

Qazaxıstan-Macarıstan matçı zamanı yuxarıdan quraşdırılan kamera alovlanaraq meydana düşüb.

Ucnoqta.az xəbər verir ki, birinci hissənin ortalarında kamera tüstülənməyə başlayıb və yanğın onu yerində saxlayan kabeli zədələyib.

Daha sonra kamera 20 metrdən çox düşərək Macarıstan komandasının isinmə zonasının yaxınlığında - operatordan cəmi bir neçə metr aralıda düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb. kamera yenisi ilə əvəz edilib.

Müəllif: Ucnoqta.az redaksiyası