Ucnoqta.az
www.ucnoqta.az

Daha bir ölkə azyaşlıların sosial mediaya çıxışını qadağan etməyi planlaşdırır

13:11 - 9 İyun 2026 tarixində dərc olunub.

Kanada hakimiyyəti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edən qanun layihəsi hazırlamağa hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Globe and Mail məlumat yayıb.

Mənbələrinə görə, müvafiq qanun layihəsi çox yaxın gələcəkdə parlamentə təqdim edilə bilər.

Qanun layihəsinin hazırlanması Avstraliya təcrübəsinə əsaslanır. Bu tədbirlər qismən uşaqları sosial mediada çox vaxt keçirən valideynlərin çoxsaylı şikayətləri ilə bağlıdır.

Müəllif: Ucnoqta.az redaksiyası