Ucnoqta.az
www.ucnoqta.az

Bu məktəblərdə ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib

12:44 - 9 İyun 2026 tarixində dərc olunub.

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarına başlanılıb.

Ucnoqta.az xəbər verir ki, imtahanlar 8 iyun tarixindən Bakı şəhərində, 10 iyundan etibarən isə ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində keçiriləcək.
Cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur.

Bu ildən etibarən imtahan nəticələrinə uyğun olaraq məzunlara ilk dəfə elektron şəhadətnamələr veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası