İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS Hərbi Dəniz Polisi qərargahına və radikal təşkilata məxsus üç silah anbarına hücum edib.
Ucnoqta.az bildirir ki, İMQ-nin sözçü ofisi bu barədə məlumat verib.
Məlumata görə, obyektdə fəaliyyət göstərən bir neçə terrorçu, o cümlədən HƏMAS-ın hərbi qanadının bölmə komandiri İsmayıl əl-Ləham öldürülüb.
Bundan əlavə, İMQ Qəzza zolağının cənubundakı HƏMAS-ın üç silah anbarına zərbə endirib və onu məhv edib.