Böyük Britaniya süni intellekt (Sİ) üçün superkompüterin hazırlanmasına 750 milyon funt sterlinq (1 milyard dollar) ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Elm, İnnovasiya və Texnologiya Departamentinin açıqlamasında bildirilib.
Qeyd olunur ki, 2030-cu ildə istifadəyə verildikdə, o, dünyanın ən qabaqcıl sistemlərindən biri olacaq. Sistem sınaqdan keçirilmiş və gələcəyə davamlı prosessorları ən son mikroçiplərlə birləşdirəcək və bu da ona ənənəvi superkompüterlərdən daha səmərəli şəkildə mürəkkəb tapşırıqları yerinə yetirməyə imkan verəcə".
Bu maliyyələşdirmənin yarıdan çoxu — 400 milyon funt sterlinq — süni intellekt superkompüterini yeni nəsil çiplərlə təchiz etmək üçün istifadə olunacaq. İlk 150 milyon funt sterlinq bu yay ayrılacaq.