Ucnoqta.az
www.ucnoqta.az

Mayın 31-də keçirilmiş Fənn Müsabiqələrinin ilkin nəticələri elan edildi

15:41 - 8 İyun 2026 tarixində dərc olunub.

Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edilib.

Ucnoqta.az xəbər verir ki, şagirdlər müvafiq platformada ( //fenn-musabiqeleri2026.onrender.com/ ) ÜTİS kodlarını daxil edərək şəxsi kabinetlərinə keçid edə, nəticələri və qiymətləndirilmiş sual kitabçaları ilə tanış ola bilərlər.

Təhsil İnstitutundan bildirilib ki, nəticələrlə bağlı müraciətlər platformada təqdim olunmuş nümunəyə uyğun şəkildə 10 iyun saat 12:00-dək qəbul edilir. Qeyd olunan tarixdən sonra müraciət göndərmək mümkün olmayacaq. Müraciətlərə baxıldıqdan bir neçə gün sonra yekun nəticələr açıqlanacaq.

Müəllif: Ucnoqta.az redaksiyası