Ucnoqta.az
www.ucnoqta.az

MAR miqrantları qəbul etməyə razılıq verib

14:23 - 8 İyun 2026 tarixində dərc olunub.

Mərkəzi Afrika Respublikası (MAR) ABŞ-dan deportasiya edilməsi planlaşdırılan üçüncü ölkələrdən olan miqrantları qəbul etməyə razılıq verib.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə mənbələrə istinadən məlumat yayıb.

MAR hökumət rəsmisinin sözlərinə görə, ABŞ ilə razılaşma 18 mayda paytaxt Banqidə Amerika nümayəndə heyəti ilə görüşdə müzakirə edilib. Səfərdən sonra razılıq əldə edilib. Qəbul edilən miqrantların sayı, onların vətəndaşlığı və ya ilk uçuşların gözlənilən vaxtı barədə heç bir məlumat verilməyib.

Agentliyin məlumatına görə, deportasiya edilənlər MAR-a çatdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının nəzarətinə veriləcəklər.

Müəllif: Ucnoqta.az redaksiyası