Ucnoqta.az
www.ucnoqta.az

Baş nazir Papaya zeytun ağacı hədiyyə etdi

13:34 - 8 İyun 2026 tarixində dərc olunub.

İspaniya Baş naziri Pedro Sançes sülh və dialoq simvolu olaraq Papa Leo XIV-ə bonsai zeytun ağacı hədiyyə edib.

Ucnoqta.az bildirir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat verib.

Papa Baş naziri Madriddəki Apostol Nunsiatüründə qəbul edib. Görüş zamanı Sançes Papaya 13 yaşlı İspan zeytun ağacı bonsai hədiyyə edib.

Bitki "ənənə və innovasiya, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında mükəmməl bir tarazlıq" kimi təsvir olunur. 

XIV Leo 6 iyunda İspaniyaya gəlib. Səfəri zamanı o, həmçinin Barselona və Kanar adalarına da səfər etməyi planlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası