Gürcüstanın Avropada respublikanın inkişafına qarşı çıxan düşmənləri var.
Ucnoqta.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bu barədə jurnalistlərə bildirib.
"Təəssüf ki, Avropada ölkəmizin inkişafına qarşı çıxan düşmənlərimiz var. Onlar birbaşa ölkəmizə zərər vermək istəyirlər. Brüssel bu düşmənçilik siyasətini dayandırmalıdır; bu, onların səlahiyyətləri daxilindədir. Brüssel namizəd ölkəyə qarşı düşmənçilik addımları atır. Bu, Brüsselin gürcü xalqı qarşısında götürdüyü heç bir öhdəliyə ziddir", - Papuaşvili deyib.
O, həmçinin qeyd edib ki, bu düşmənçilik siyasətini davam etdirməklə Brüssel 2014-cü ildə Gürcüstanla imzalanmış Aİ ilə Assosiasiya Sazişini də pozur.