Ucnoqta.az
www.ucnoqta.az

İraq hava məkanını bağladı

00:00 - 8 İyun 2026 tarixində dərc olunub.

İraq aviasiya hakimiyyəti ölkənin hava məkanını bütün uçuşlar üçün bağlayıb.

Ucnoqta.az xəbər verir ki, Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə bu barədə TASS-a bildirib.

Agentliyin mənbəsi bildirib ki, "İraq hava məkanı UTC vaxtı ilə saat 19:40-dan bəri bütün uçuşlar üçün bağlanıb".

O qeyd edib ki, digər ölkələrdən İraq hava limanlarına gedən bir çox təyyarə hazırda geri dönməyə və alternativ aerodromlara enməyə məcbur edilir.

Müəllif: Ucnoqta.az redaksiyası