Ucnoqta.az
www.ucnoqta.az

İranın ABŞ-dan tələbi məlum oldu - 24 milyard dollarlıq ...

21:19 - 5 İyun 2026 tarixində dərc olunub.

ABŞ və İran arasında potensial razılaşma Vaşinqtonun 24 milyard dollarlıq İran aktivlərinin dondurulmasının ləğv edilməsi istəyindən asılıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi CNN-ə verdiyi müsahibədə bildirib.

"Danışıqlar çıxılmaz vəziyyətə düşüb və Tramp bu çıxılmaz vəziyyəti aradan qaldırmalıdır. Top Trampın meydanındadır", - Rzayi deyib. 

Rzayinin sözlərinə görə, Tehran İran aktivlərinin dondurulmasının ləğvini tərəflər arasında etimad yaratmaq tədbiri kimi görür.
"Əgər İranla razılığa gəlmək istəyirsə, bu 24 milyard dollar İranın Trampa təklif etdiyi bir etimad sınağıdır. Bu, Amerikanın keçməli olduğu bir sınaqdır və o zaman yol açıq olacaq. Bu, bizim pulumuzdur, Amerikanın pulu deyil", - deyə o qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası