Ucnoqta.az
www.ucnoqta.az

5 məktəbdə vakansiya elan edildi - Müəllimlər üçün yeni iş imkanı

20:10 - 5 İyun 2026 tarixində dərc olunub.

Tam orta təhsil müəssisələrinə müəllimlərin qəbulu elan edilib.

Ucnoqta.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrində fənn müəllimlərinin qəbuluna başlanılır!
 Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbi
 Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
 Qax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi
Zaqatala şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi
Adı çəkilən təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Odur ki, qeyd olunan təhsil müəssisələrində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik. 
 Müsahibədə iştirak şərti:
MİQ, DQ və ya Sertifikatlaşdırma göstəricisi 85% və daha yüksək olan ali təhsilli müəllimlər. 
 Qeydiyyat üçün son tarix: 30 iyun
 Qeydiyyat linki: https://forms.gle/HHKC6aE95iJSEGb86 

Müəllif: Ucnoqta.az redaksiyası