Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda akademik işdən çıxarıldı

18:35 - 5 İyun 2026 tarixində dərc olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.

Eyni zamanda, bu gün direktor müavini təyin olunan Elçin Vəliyev Geologiya İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası