Ucnoqta.az
www.ucnoqta.az

“WhatsApp”dan yeni funksiya - Yazılan mesajlar ...

17:58 - 5 İyun 2026 tarixində dərc olunub.

“WhatsApp” mətn mesajları üçün birdəfəlik baxış funksiyasının tətbiqi üzərində işləyir.

Ucnoqta.az xəbər verir ki, birdəfəlik baxış funksiyası göndərilən mesajın yalnız bir dəfə açılmasına imkan verəcək. Mesaj oxunduqdan sonra isə avtomatik olaraq yox olacaq.

Məlumata görə, bu yenilik istifadəçilərə göndərdikləri məlumatların qarşı tərəfin cihazında nə qədər müddət saxlanılmasına daha çox nəzarət imkanı verəcək. Bundan əlavə, birdəfəlik baxış funksiyası media fayllarını qoruyaraq onların yaddaşa köçürülməsinin, yönləndirilməsinin və ya saxlanılmasının qarşısını almağa kömək edəcək.

Funksiyanın çat pəncərəsindəki xüsusi düymə vasitəsilə aktivləşdiriləcəyi bildirilir. Hazırda yeniliyin tətbiq üzərində sınaqdan keçirildiyi qeyd olunur.

Hazırda “WhatsApp”da birdəfəlik baxış funksiyası yalnız fotoşəkillər, videolar və səsli mesajlar üçün mövcuddur.

Məlumata görə, eyni funksiyanın mətn mesajlarına da tətbiq edilməsi üzərində iş aparılır. Yenilik hələlik hazırlanma mərhələsindədir və gələcəkdə Android əməliyyat sistemi üçün nəzərdə tutulan yeniləmələrdən birində istifadəyə verilə bilər.///lent.az

Müəllif: Ucnoqta.az redaksiyası