Ucnoqta.az
www.ucnoqta.az

Taylandda ikimərtəbəli avtobus aşıb - 28 nəfər...

07:52 - 5 İyun 2026 tarixində dərc olunub.

Taylandda ikimərtəbəli avtobus qəzasında ən azı 28 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Matchon" qəzeti məlumat yayıb.

Avtobus Surat Thanidən Banqkoka hərəkət edirmi. Təxminən saat 4:00 radələrində təcili yardım xidmətlərinə Tayland paytaxtından təxminən 100 km məsafədə yerləşən Petçaburi əyalətində avtobusun aşdığı barədə zəng daxil olub. İlkin araşdırma nəticəsində məlum olub ki, avtobusda 31 nəfər olub, onlardan 23-ü yüngül xəsarət alıb, beş nəfərə isə orta dərəcəli xəsarət diaqnozu qoyulub.

 Yaralılar xəstəxanaya yerləşdirib. Yerli hakimiyyət orqanları qəzanın səbəbləri ilə bağlı araşdırmaya başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası