Ucnoqta.az
www.ucnoqta.az

Küveyt Vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

17:40 - 4 İyun 2026 tarixində dərc olunub.

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

Müəllif: Ucnoqta.az redaksiyası