Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın ən yaşlı sakini vəfat etdi

12:41 - 4 İyun 2026 tarixində dərc olunub.

Azərbaycanın ən yaşlı sakini vəfat edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.

Azərbaycanın ən yaşlı sakini olan 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş.

Müəllif: Ucnoqta.az redaksiyası